Xəzər Xəbər

Külli miqdarda pul oğurlayan dəstə tutulub

Hadisə | 13:02 • 23 Avqust 2018
Külli miqdarda pul oğurlayan dəstə tutulub
Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlayan dəstə tutulub.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıblar.


Araşdırmalarla T.Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Xəbər lenti