Xəzər Xəbər

Bakıda mağazaya basqın edilib

Hadisə | 11:14 • 4 Avqust 2018
Bakıda mağazaya basqın edilib

Bakıda 10 manata görə satıcı qadın döyülüb.


Hdisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.


Balaxanı qəsəbə sakini, 1993-cü il təvəllüdlü Talıbov Ceyhun Səftər oğlu, qəsəbənin P.Məmmədova küçəsində yerləşən mağazaya gələrək orada satıcı işləyən Mənzurə Şahbazovaya siqaret sifariş verib.


Qadın siqareti verərkən C.Talıbov onun baş nayihəsinə qəflətən yumruqla vuraraq kassada olan 10 manatı götürərək hadisə yerindən qaçıb.


Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsilə (soyğunçuluq) cinayət işi başlanıb və C.Talıbov tutularaq istintaqa təhvil verilib. (Trend)

Xəbər lenti