Xəzər Xəbər

Bacısını qətlə yetirən qardaş tutuldu

Hadisə | 12:47 • 13 İyul 2018
Bacısını qətlə yetirən qardaş tutuldu
İyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanın kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.


Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

Xəbər lenti