Xəzər Xəbər

Ucqar dağ kəndində qorxunc hadisə

Hadisə | 13:41 • 6 İyul 2018
Ucqar dağ kəndində qorxunc hadisə

Yük avtomobili hərəkətdə olarkən təkəri yerindən çıxıb və nəticədə avtomobil aşıb

Lənkəranda avtomobil qəzası hadisəsi baş verib. Qəza rayonun ucqar dağ kəndi olan Biləsər kəndində qeydə alınıb.

Yük avtomobili hərəkətdə olarkən təkəri yerindən çıxıb və nəticədə avtomobil aşıb. Qəza nətincəsində nəqliyyat vasitəsində olan Biləsər kənd sakinləri, 29 yaşlı Raqib Məmmədov və 36 yaşlı Firdovsi Poladov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirilərək travmatologiya şöbəsinə yerləşdiriliblər. Hazırda qəza hadisəsi araşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti