Xəzər Xəbər

Çaylarda suyun səviyyəsi dəyişib

Hadisə | 10:01 • 26 İyun 2018
Çaylarda suyun səviyyəsi dəyişib
Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.


Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyunun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 300 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyunun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Şirvanda 22, Salyanda 40, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 30 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2017-ci il iyunun 25-də 428 sm), Şirvanda 243 sm (2017-ci il iyunun 25-də 301 sm), Salyanda 155 sm (2017-ci il iyunun 25-də 209 sm), Bankədə 177 sm (2017-ci il iyunun 25-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il iyunun 25-də 133 sm) təşkil edib.

Rubrikanın digər xəbərləri

Lənkaranda ZƏLZƏLƏ
Lənkaranda ZƏLZƏLƏ İLK AÇIQLAMA
17:58 • 11 May 2024
Naxçıvanda 2 tələbə göldə boğularaq
Naxçıvanda 2 tələbə göldə boğularaq ÖLDÜ
12:07 • 10 May 2024
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında ZƏLZƏLƏ
22:31 • 7 May 2024
Azərbaycan və Albaniya arasında viza rejimi
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi
13:15 • 6 May 2024
Gənc oğlan evdə
Gənc oğlan evdə ölü tapılıb
09:20 • 6 May 2024
Bakıda 23 yaşlı gənc
Bakıda 23 yaşlı gənc Bıçaqlandı
08:42 • 5 May 2024