DİN-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Cəfərovun Masazır qəsəbəsi ərazisində yerləşən çay evlərindən birində saxta pul satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Birgə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 20000 saxta manatı 4100 ABŞ dollarına satmaq istəyən zaman cinayət başında tutulub.