Xəzər Xəbər

Həyətlərdən elektrik naqili oğurlayan şəxs saxlanılıb

Hadisə | 12:36 • 18 İyun 2018
Həyətlərdən elektrik naqili oğurlayan şəxs saxlanılıb

Həyətlərdən elektrik naqili oğurlayan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da N.İmamverdiyevin həyətyanı sahəsindən təmir-tikinti aləti və 120 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəqani Əsədov saxlanılıb.


Onun həmin gün M.Ə.Rəsulzadə və Biləcəri qəsəbələrində daha 3 həyətyanı sahələrdən 420 metr elektrik naqili oğurlaması da müəyyən edilib.

Xəbər lenti