Xəzər Xəbər

Siyəzəndə "SHACMAN" aşıb - Yaralı var

Hadisə | 09:32 • 8 İyun 2018
Siyəzəndə "SHACMAN" aşıb - Yaralı var
Siyəzən rayonunun Təzəkənd kəndində "SHACMAN" markalı yük avtomobili yol kənarına aşıb.


FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, qəza zamanı sürücü, 1969-cu il təvəllüdlü Məmmədov Seymur Ağaməd oğlu xəsarət alıb və avtomobildə köməksiz vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti