Xəzər Xəbər

FHN: Bakıda baş vermiş yanğın söndürülüb

Hadisə | 17:15 • 7 İyun 2018
FHN: Bakıda baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Yasamal rayonunda açıq sahədə yanğının baş verməsi barədə məlumat daxil olub.


FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, təxminən iki hektar sahədə quru ot və məişət tullantıları yanıb.


Alov Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti