Xəzər Xəbər

Bakıda qəbiristanlıqdan bürünc büst oğurlanıb

Hadisə | 11:52 • 29 May 2018
Bakıda qəbiristanlıqdan bürünc büst oğurlanıb

Bakının Yasamal qəbiristanlığında bürünc büst oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Sahib Əsədullayevin və Mikayıl Əsədullayevin ətraflarında Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların M.Müşfiq küçəsində yerləşən qəbristanlıqdakı məzarlardan birinin üzərindən bürünc büst və güldan oğurlamaları da müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar