Xəzər Xəbər

Bakıda banka girən oğru "iş başında" tutuldu

Hadisə | 12:43 • 21 May 2018
Bakıda banka girən oğru "iş başında" tutuldu
Mayın 19-da saat 1 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinə bankların birinin rayon filialından həyəcan siqnalı daxil olub.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları oranın giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərən şəxsi cinayət başında yaxalayıblar.


19-cu Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar