Xəzər Xəbər

Bakıda evdə qadın meyiti tapılıb

Hadisə | 10:18 • 19 May 2018
Bakıda evdə qadın meyiti tapılıb
Paytaxtda mənzildə 72 yaşlı qadının meyiti tapılıb.


XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Abdullayeva Fatma Ələkbər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Çox oxunanlar