Binəqədi Rayon Polis
İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakinləri
Y.Dəmirov və A.Quliyev aprelin 15-də və 17-də evlərinin həyətindən
ümumilikdə 3 baş qoyun və 10 ev quşunun oğurladığını bildiriblər.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli
bilinən Bakı şəhər sakini Həsənəli Abbaslı saxlanılıb. O, törətdiyi bu cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.