Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Hadisə | 10:09 • 12 May 2018
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Respublika Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti may ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər”lə açılıb.


Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar