Respublikanın daxili
işlər orqanları tərəfindən ötən gün ərzində 103 cinayət faktı qeydə
alınıb, onların da 24-ü "isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin
açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən
mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 7, borclu şəxs
qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil
verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili
işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan
silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli
bilinən 28 nəfər saxlanılıb.