Xəzər Xəbər

Ağcabədidə maşın aşdı, sürücü öldü

Hadisə | 13:29 • 23 Aprel 2018
Ağcabədidə maşın aşdı, sürücü öldü

Ağcabədi rayonunun Avşar kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, aprelin 21-də saat 1 radələrində Ağcabədi rayonunun Avşar kəndində Ceyhun Bayramov idarə etdiyi "Mitsubishi-L200” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Xəbər lenti