Xəzər Xəbər

Bakıda AİLƏ MÜNAQİŞƏSİ: kişi öz əmisini bıçaqladı

Hadisə | 12:38 • 23 Aprel 2018
Bakıda AİLƏ MÜNAQİŞƏSİ:

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report” xəbər verir ki, Nardaran qəsəbəsi, Ləhiş bağları kimi tanınan ərazidə yerləşən 1960-ci il təvəllüdlü Ağayev Nəcəfəli Səfərəli oğluna məxsus mənzildə ev sahibi ilə qardaşları arasında dava düşüb.

Dava zamanı N.Ağayev qardaşı oğlu 35 yaşlı Ağayev Səfərəli Ataməli oğlu tərəfindən bıçaqlanıb. Eyni zamanda hadisəni törədən şəxs qohumları tərəfindən döyülüb. Hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti