Xəzər Xəbər

Mikroavtobus yük maşını ilə toqquşdü Ölən və yaralananlar var

Hadisə | 13:02 • 18 Aprel 2018
Mikroavtobus yük maşını ilə toqquşdü

Cəlilabadda mikroavtobus yük maşını ilə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, aprelin 17-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndində Üçtəpə kənd sakini Əli Nağıyevin idarə etdiyi "QAZ-33213” markalı mikroavtobus və Maşlıq kənd sakini Rauf Əliyevin idarə etdiyi "QAZ-330211” markalı yük avtomobili toqquşub.

Nəticədə R.Əliyevin sərnişini, Masallı rayon sakini Mehman Qəfərov hadisə yerində ölüb, digər sürücü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti