Xəzər Xəbər

7-ci sinif şagirdindən iki gündür xəbər yoxdur

Hadisə | 14:12 • 7 Aprel 2018
7-ci sinif şagirdindən iki gündür xəbər yoxdur

2 gün əvvəl evdən çıxan Aleyna itkin düşüb.

Türkiyənin Zonquldak adlanan bölgəsində yaşayan 7-ci sinif şagirdi 13 yaşlı Aleyna məktəbdən çıxıb və itib.

İddiaya görə, qızın anası Gülay Bozdemir, qızını səhər saatlarında məktəbə yola saldığını, daha sonra isə o məktəbdə ikən onunla danışdığını deyib. Ana, məktəbdən sonra Aleynanın gecikməsindən narahat olub və polisə xəbər verib.

Polis briqadası itkin düşən Aleynanın axtarışına çıxıb. 2 gündür itkin düşən Aleynanın harda olduğunu isə bilən yoxdur./publika.az

Xəbər lenti

Çox oxunanlar