Xəzər Xəbər

Siqnalı eşitmədi, qatar üstündən keçdi

Hadisə | 13:10 • 7 Aprel 2018
Siqnalı eşitmədi, qatar üstündən keçdi

Şəmkirdə 64 yaşlı kişini qatar vuraraq öldürüb.

Hadisə rayonun Düyərli kəndi ərazisindən keçən dəmir yol xəttində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Seyidməmməd Heydərov dəmir yol xəttinə yaxın hərəkət edərkən yük qatarı onu vurub. S. Heydərov hadisə yerində ölüb.

Məlumata görə, 64 yaşlı kişi lal və kar olduğundan qatarın siqnalını eşitməyib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Xəbər lenti

Çox oxunanlar