Xəzər Xəbər

Şamaxıda ağır qəza: 1 ölü, 4 yaralı

Hadisə | 12:15 • 24 Mart 2018
Şamaxıda ağır qəza:

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

XəzərXəbər apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 9:30 radələrində magistral yolun Şamaxının Meysəri kəndindən keçən hissəsində qeydə alınıb.

"Ford Transit"markalı sərnişin mikroavtobusunun "VAZ 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb.

Hazırda təcili yardım stansiyasının briqadası və yol polisi əməkdaşları hadisə yerindədir. Ölən və yaralıların kimliyi barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti