Xəzər Xəbər

Bakıda külli miqdarda oğurluq: 200 min manat pul, 100 min manatlıq qızıl...

Hadisə | 13:43 • 24 Mart 2018
Bakıda külli miqdarda oğurluq:
Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisindəki evlərin birindən 200 000 manat və 100 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş Osman Məmmədov saxlanılıblar.

Xəbər lenti

Çox oxunanlar