Xəzər Xəbər

Yeraltı piyada keçidinin üzərindən keçən kişini avtomobil vuraraq öldürüb

Hadisə | 10:28 • 22 Mart 2018
Yeraltı piyada keçidinin üzərindən keçən kişini avtomobil vuraraq öldürüb

Nərimanov rayonunda bir nəfərin ölümünə səbəb olan qəza baş verib.

"Report"un xəbərinə görə, hadisə Heydər Əliyev prospektində baş verib.

1978-ci il təvəllüdlü Əlizamin Ağayev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin üzərində baş verib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar