Xəzər Xəbər

Abşeronda qadınlara qarşı quldurluq edənlər yaxalandı

Hadisə | 14:16 • 10 Mart 2018
Abşeronda qadınlara qarşı quldurluq edənlər yaxalandı

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-də quldurluq etdiklərinə görə tutulmuş şəxslərin digər cinayətlərinin üstü açılıb. 


Xezerxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Elnur Axundovun və Rafiq Ağayevin ətrafında aparılan tədbirlərlə onların martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərmələri, habelə ötən il dekabrından cari ilin yanvar ayınadək olan müddətdə 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxslər Ceyranbatanda başqa qadına qarşı da quldurluq əməli törədib.

Araşdırmalar aparılır.

Xəbər lenti