Xəzər Xəbər

Qar bəzi yollarda problemlər yaradıb

Hadisə | 12:13 • 19 Fevral 2018
Qar bəzi yollarda problemlər yaradıb

Ötən gündən başlayaraq yağan güclü qar dağlıq ərazilərdə yollarda müəyyən problemlərə səbəb olub.

Bu barədə XəzərXəbər-ə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, Qubanın Xaltan və Xınalıq yolunda problemlər yaranıb:

"Xaltan yolunda 40-50 sm qar var idi və artıq yol təmizlənib. Hazırda hər hansı problem müşahidə edilmir. Xınalıq yolunda isə böyük qar uçqunu baş verib, bu səbəbdən hərəkət dayanıb. Axşamdan əraziyə texnikalar cəlb olunsa da, qar yağması işlərin aparılmasına çətinlik yaradıb. Hazırda həm Xınalıq, həm də Qrız istiqamətində texnikalar işləyir. Günün sonuna qədər problem aradan qaldırılacaq”.

A.Nəcəfli qeyd edib ki, ölkənin digər yerlərində avtomobil yollarında ciddi problem müşahidə edilmir.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar