Xəzər Xəbər

Suraxanı və Pirallahıda güclü yanğın

Hadisə | 10:05 • 19 Fevral 2018
Suraxanı və Pirallahıda güclü yanğın

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 500 m2 olan tikilinin yanar konstruksiyaları, içərisində təkər və məişət tullantıları 250 m2 sahədə yanıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakı şəhəri, Pirallahı rayonunda isə ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağı 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar