Xəzər Xəbər

Rusiyada dəhşətli təyyarə qəzası: Sağ qalan yoxdur

Hadisə | 17:28 • 11 Fevral 2018
Rusiyada dəhşətli təyyarə qəzası:

Rusiyada qəzaya uğrayan "An-148" tipli sərnişin təyyarəsinin qalıqları tapılıb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub.

***

Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.

Təyyarənin Arqunovo kəndi yaxınlığında qəzaya uğradığı bildirilir.

Hazırda ölən və yaralılar barədə məlumat verilməyib. Əraziyə xilasedici briqadalar göndərilib.

Xəbər lenti