Azərbaycandan keçməklə İrandan Rusiyaya külli miqdarda valyuta aparan şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya "Gül kələmi” yükü aparan Rusiya vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12” markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda gömrük baxışı keçirilib.