Xəzər Xəbər

27 yaşlı oğlan güllələndi

Hadisə | 11:31 • 12 Yanvar 2018
27 yaşlı oğlan güllələndi

Beyləqan rayonunda ölümlə nəticələnən silahlı insident baş verib.

XəzərXəbər Teleqraf.com-a istinadən xəbər verir ki, Dünyamalılar kəndində 1980-ci il təvəllüdlü Muxtar Mustafayev həmkəndlisi, 1991-ci il təvəllüdlü Əli Bayramovu güllələyib.

O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlum olub ki, hadisə qisqanclıq zəminində baş verib. Əli Bayramov Muxtar Mustafayevin yaxın qohumuna sataşıb. Buna görə də onların arasında mübahisə yaranıb.

Evdən ov tüfəngini götürən Muxtar Mustafayev dünən axşam saatlarında həmkəndlisi ilə hesablaşmağa gedib. Əli Bayramovu qətlə yetirdikdən sonra hadisə yerindən qaçan Muxtar Mustafayev həbs edilib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

Beyləqan rayonunda qətl hadisəsi törədilib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Dünyamalılar kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu 1991-ci ik təvəllüdlü Bayramov Əli Əlovsət oğlunu odlu silahla qətlə yetirib.

Məlumata görə, hadisə qısqanclıq zəminində törədilib.

Xəbər lenti

Çox oxunanlar