Bakıda yanğın qeydə alınıb.
XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda dördmərtəbəli yaşayış binasının dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb. Yanğın zamanı mənzillərdən 7 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.