Xəzər Xəbər

Lerik sabahı zəlzələ ilə açdı

Hadisə | 09:54 • 11 Yanvar 2018
Lerik sabahı zəlzələ ilə açdı

Lənkərandan 15 kilometr cənub-qərbdə Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb.

XəzərXəbər Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 07:13:22-də baş verib.

Ocağı 33 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xəbər lenti

Çox oxunanlar