Xəzər Xəbər

Bakıda qadının avtomobildə gizlətdiyi pulu oğurladılar

Hadisə | 16:31 • 31 Dekabr 2017
Bakıda qadının avtomobildə gizlətdiyi pulu oğurladılar

Bakıda maraqlı oğurluq hadisəsi baş verib. 


Polisə müraciət edən 1981-ci il təvəllüdlü Rəhimova Günel Ehtiyyat qızı bildirib ki, özünə məxsus olan "Hyundai” markalı avtomobili M.İbrahimli 1-ünvanın qarşısında saxlayıb və maşının açarlarını park etmək üçün nəzarətçi, 1976-cı il təvəllüdlü Rzayev Tələt Əlisərdar oğluna verib. Bir eçə saat sonra avtomobilinə yaxınlaşan qadın maşının yük yerində plastik qabın içərisində gizlətdiyi 400 manat pulun oğurlandığını aşkar edib.

Faktla bağlı 9-cu Polis Bölməsində araşdırma aparılır. (Lent.az)

Xəbər lenti

Çox oxunanlar