Xəzər Xəbər

Ana və qızı oğurluğa görə tutuldu

Hadisə | 13:34 • 12 Dekabr 2017
Ana və qızı oğurluğa görə tutuldu

Sentyabrın 6-da Nəsimi rayonu ərazisindəki evlərin birindən 350 ABŞ dolları və 147 manat, habelə 580 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakinləri - Nahidə Bayramova və qızı Zeynəb 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, faktla əlaqədar araşdırma aparılır.


Xəbər lenti