Xəzər Xəbər

Metroda 30 yaşlı şəxs qatar relsinə yıxılıb

Hadisə | 13:06 • 12 Dekabr 2017
Metroda 30 yaşlı şəxs qatar relsinə yıxılıb

Bakı metrosunda daha bir nəfər qatar relsinə yıxılıb.

Bu barədə Trend-ə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, dekabrın12 -də saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb. Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Nazim başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib.

Xəbər lenti