Salyanda ailə başçısı tərəfindən öldürülən beş nəfərin meyiti ailəsinə təhvil verilib.
XəzərXəbər milli.az-a istinadən xəbər verir ki, bütün araşdırmalar aparıldıqdan sonra, bu gün səhər meyitlər ailənin yaxınlarına təhvil verilib.
Qeyd edək ki, ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən
öldürülməsi "Xəzər TV" də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni
axtarıram" verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və
qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini
qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf
ediblər.
Daha sonra hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya
başlayıb və cinayəti törədən ata və oğul həb edilib.Cinayətin
törədildiyi yer bəlli edilərək meyitlər - Mehparə Nadir qızı Əliyeva və
dörd qızı - İradə Əliyeva, Rəqibə Əliyeva, Sevda və Ümidə Əliyevalar
çıxarılıb və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin
Salyan şöbəsinə aparılıb.