Xəzər Xəbər

Rusiyada Azərbaycan diaspor rəhbərinin oğlu bədbəxt hadisə nəticəsində ölüb

Hadisə | 09:09 • 5 Dekabr 2017
Rusiyada Azərbaycan diaspor rəhbərinin oğlu bədbəxt hadisə nəticəsində ölüb

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.


Diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti