Ədliyyə Nazirliyi
Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və
istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı
mübarizə davam etdirilir.
XəzərXəbər-in
Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, Baş
idarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının
birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət
Məcəlləsinin 228.2.1, 307.3-cü maddələrinə əsasən təqsirli bilinərək
həbs edilmiş şəxs Bayramov Elşən Mahal oğluna atası Gəncə şəhər sakini
Bayramov Mahal Novruz oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman
xurmanın içərisinə xüsusi üsulla gizlədilmiş 7(yeddi) ədəd polietilen
torbaya bükülmüş çəkisi 2,41 qram narkotik maddə-marixuana və 6 (altı)
ədəd siqaret kağızına bükülmüş çəkisi 2,322 qram narkotik maddə-heroin
aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilib.