Xızı rayonu ərazisində
yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında
baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar
Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə
əməliyyatları barədə məlumat yayılıb. ANAMA-dan
XəzərXəbər-ə verilən məlumata görə, noyabrın 27-də partlayış baş vermiş hərbi
hissənin ətrafına baxış keçirilib, 193 ədəd partlamamış hərbi sursat
(PHS), 136 ədəd partlamış-yanmış mərmi qalıqları və 463 kq yandırma
məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 289 000 kv.m (28.90
ha) ərazi yoxlanılıb.
Ümumilikdə,
82 gün 20 390 ədəd partlamamış hərbi sursat (PHS), 9 861 ədəd
partlamış-yanmış sursat qalıqları və 71 512 kq yandırma məhsulu aşkar
edilərək götürülüb, nəticə etibarilə 71 348 062 kv.m (7 135 ha) ərazi
yoxlanılıb.