Noyabrın 27-si, saat
22:08-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti
10 ünvanında 2 ədəd partlamamış hərbi sursatın olunması barədə məlumat
daxil olub.
ANAMA-dan
XəzərXəbər-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu,
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Daxili İşlər Nazirliyinin
nümayəndələri dərhal həmin əraziyə göndərilib.
Agentliyin, Fövqəladə Hallar Nazirliyinin
Xüsusi Riskli Xilasetmə Xidmətinin və Daxili İşlər Nazirliyinin
nümayəndələri ilə birlikdə həmin ərazidə avtopark ərazisinə baxış
keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış
tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ)
aşkar edilib, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə
ərazisinə daşınıb.
Aşkar
olunmuş mərmilərin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib,
bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.