Xəzər Xəbər

Bərdədə ağır qəza: Ər və arvad öldü

Hadisə | 15:20 • 17 Noyabr 2017
Bərdədə ağır qəza:

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, ötən gecə Bərdə şəhərinin Bakı prospektində 31 yaşlı Cəfərov Malik Baloğlan oğlu idarə etdiyi "VAZ 2107” markalı avtomobillə 50 yaşlı Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 47 yaşlı Əliyeva Zülfiyyə Məhəmməd qızını vurub.

Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti