Xəzər Xəbər

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlandı

Hadisə | 09:54 • 23 Oktyabr 2017
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlandı

Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.


"Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun "Neftçilər” stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb.


Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidir.

Xəbər lenti