Xəzər Xəbər

Bakıda iki marşrut avtobusu toqquşdu, 15 yaralı

Hadisə | 14:06 • 14 Oktyabr 2017
Bakıda iki marşrut avtobusu toqquşdu, 15 yaralı

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var.

Yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, "Neftçilər" metro stansiyasının yaxınlığında Vasif Məhərrəmov idarə etdiyi 49 nömrəli marşrut avtobusunu dayanacaqda dayanan 57 nömrəli marşrut avtobusuna çırpıb. Nəticədə, hər iki avtobusdakı ümumilikdə 15 nəfər sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib, yaralılar tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Rubrikanın digər xəbərləri

Xəbər lenti