Xəzər Xəbər

Cəbhədə gərgin vəziyyət davam edir

Hadisə | 09:48 • 4 Oktyabr 2017
Cəbhədə gərgin vəziyyət davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Rubrikanın digər xəbərləri

Lənkaranda ZƏLZƏLƏ
Lənkaranda ZƏLZƏLƏ İLK AÇIQLAMA
17:58 • 11 May 2024
Naxçıvanda 2 tələbə göldə boğularaq
Naxçıvanda 2 tələbə göldə boğularaq ÖLDÜ
12:07 • 10 May 2024
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında ZƏLZƏLƏ
22:31 • 7 May 2024
Azərbaycan və Albaniya arasında viza rejimi
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi
13:15 • 6 May 2024
Gənc oğlan evdə
Gənc oğlan evdə ölü tapılıb
09:20 • 6 May 2024
Bakıda 23 yaşlı gənc
Bakıda 23 yaşlı gənc Bıçaqlandı
08:42 • 5 May 2024

Xəbər lenti