Xəzər Xəbər

Bakıda qatarın altında qalan kişi ölüb

Hadisə | 10:00 • 29 Sentyabr 2017
Bakıda qatarın altında qalan kişi ölüb

Bakının Suraxanı rayonunda qatarın altında qalan kişi ölüb.

"Report"un məlumatına görə,hadisə rayonun Yeni Günəşli qəsəbəsinin ərazisində baş verib.

Belə ki,qəsəbə sakini Məhərrəm Əlihüseyn oğlu Abbasov yolu keçmək istəyərkənKeşlə-Biləcəri qatarının altında qalıb.

Qapalı kəllə-beyin travması alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Abbasov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti