Xəzər Xəbər

Dələduzluq yolu ilə vətəndaşların 12 min manat pulunu alan şəxs tutulub

Hadisə | 12:18 • 28 Sentyabr 2017
Dələduzluq yolu ilə vətəndaşların 12 min manat pulunu alan şəxs tutulub

Sumqayıtda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən dələduzluq yolu ilə şəhər sakini Sədaqət Əvəzovanı aldadaraq 4600 manat pulunu almaqda şübhəli bilinən İmran Cəbrayılov tutulub.

 

Ətrafında aparılan əməliyyat-istintaq tədbirləri ilə onun qardaşı Habil ilə birgə cari ilin mart ayının 3-də Ağaqədir Mahmudovu aldadaraq 8000 manat pulunu almaları da müəyyən edilib.

Xəbər lenti