Xəzər Xəbər

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Hadisə | 10:59 • 28 Sentyabr 2017
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının statistikası açıqlanıb.


Baş Dövlət Yol Polisi İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, dünən respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

İdarədən həmçinin bildirilib ki, yağışlı hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında hər hansı problem yaranmayıb.

Xəbər lenti