Xəzər Xəbər

Abşeronda avtomobillə hasar arasında qalan sürücü ölüb

Hadisə | 12:03 • 25 Sentyabr 2017
Abşeronda avtomobillə hasar arasında qalan sürücü ölüb

Abşeron sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 23-də saat 10.00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində Xırdalan şəhər sakini Tərxan Yusifov idarə etdiyi "Toyota Prado” markalı avtomobilini saxlayıb düşdükdən sonra avtomaşın arxaya doğru hərəkət edib.

Nəticədə T. Yusifov nəqliyyat vasitəsi ilə hasar arasında qalıb.

Xəstəxanaya yerləşdirilən T. Yusifov orada ölüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti