Xəzər Xəbər

Sumqayıtda yanğın: 15 nəfər təxliyə olundu

Hadisə | 13:29 • 28 İyul 2017
Sumqayıtda yanğın:

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə bildiriblər ki, hadisə nəticəsində binanın 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 kvadratmetr olan üçotaqlı mənzilin bir otağı yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı əriyib.

Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib. Mənzillərdən 15 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar