Xəzər Xəbər

Zooparkda DƏHŞƏT: Bəbir uşağa hücum etdi

Hadisə | 13:02 • 28 İyul 2017
Zooparkda DƏHŞƏT:

Rusiya Federasiyası İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər ki, Saratovun ticarət mərkəzlərinin birində yerləşən zooparkda 6 yaşlı qız bəbirin hücumuna məruz qalıb.

XəzərXəbər xəbər verir ki, İlkin məlumata görə, boyun nahiyəsindən yaralanan uşaq xəstəxanaya çatdırılıb. Hazırda müstəntiqlər hadisənin baş verməsi səbəblərini araşdırırlar.

Qeyd edək ki, bu, zooparkda heyvanların uşaqlara hücum etdiyi ilk hadisə deyil. Belə hadisələr çox vaxt təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verir. (Azərtac)

Xəbər lenti