Xəzər Xəbər

Meşədə çətənə kolları aşkarlandı

Hadisə | 12:43 • 28 İyul 2017
Meşədə çətənə kolları aşkarlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun meşə ərazisində birgə reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, reyd zamanı Cırdaxan meşəbəyliyinin 6 saylı dolayında 13 ədəd yabanı halda bitən çətənə kolu aşkar olunub və yandırılaraq məhv edilib.

Qeyd olunub ki, ETSN-in tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində mütəmadi reydlər keçirilir.

Xəbər lenti